MÜŞTƏRİ XİDMƏTLƏRİ
0502075577
QATLANAN SİSTEMLƏR
Profilləri aliminum çərçivə üzərində qurulan Terras, Fasad, eyvanlar, qış bağçaları və vitrinlər üçün nəzərdə tutulan şüşə sistemləridir. Qalınlığı 8 - 10 mm təşkil edən temperli şüşələr tam olaraq təhlükəsizliyinizi təmin etmə gücünə malikdir. Şüşə arakəsmələr şaquli tənzimlənməyə imkan verən 2 istiqamətləndirici profillər sistemindən istifadə olunur ki, bu da arakəsmələri istənilən metal, taxta və ya beton səthlər üzərində quraşdırmağa imkan verir. Küləyə qarşı davamlılıq 70% dayanıqlıdır.

Panellər bərkidilmiş istiqamətləndiricilər üzərində səssiz hərəkət edir və öncədən təyin olunmuş durma nöqtəsində dayanırlar. Soldan sağa və ya sağdan sola açılma imkanı olan şüşə panellər istər sağ istərsə də sol tərəfdə toparlana bilir. Xüsusi planka və aşağı hissədə yerləşən istiqamətləndirici elementlər sayəsində hər bir lay müəyyən durma nöqtəsinə malikdir.

Müştəri profillər üzrə istər sublimasiya metodu ilə rənglənmiş ağac rəngini, istərsə də vakuumlu tozlanma metodu ilə rəngləmiş mirvari rəngini seçə bilər.