MÜŞTƏRİ XİDMƏTLƏRİ
0502075577
Cambalkon
Cambalkon sistemi - terraslar, fasadlar, vitrinlər və digər məkanlar üçün ideal şəkildə uyğun olan sərbəst yığılan çərçivəli şüşə arakəsmələrin təkmilləşdirilmiş sistemidir. Bu sistemdə panellər alüminium çərçivə üzərində qurulub. 8 - 10 mm qalınlığı olan temperli şüşələr etibarlılıq və təhlükəsizliyi təmin edir. Şüşə arakəsmələr, şaquli tənzimlənməyə imkan verən 2 istiqamətləndirici profillər sistemi istənilən metal, taxta və ya beton səthlər üzərində quraşdırmağa imkan verir.

Sistemdə müxtəlif ölçülü panellərdən istifadə oluna bilər:
  • Ölçüsü 8 mm olan şüşə panel yol verilən maksimal en 600 mm
  • Maksimal hündürlüyü 2200 mm
 
  • Ölçüsü 10 mm olan şüşə panel
  • Yol verilən maksimal en 600 mm və maksimal hündürlük 3000 mm
  • Maksimal 2800 mm hündürlüyü
Profillər bir neçə rəng qammasında boyana bilər: təbii rəngli anodlu aluminium (eloksal) ilə yanaşı RAL şkalasına əsasən elektrostatik boya vasitəsilə istənilən rəngə boyana bilər. İstəyə uyğun olaraq profillər sublimasiya metodu ilə “ağac” rəngində boyana bilər. Panellər bərkidilmiş istiqamətləndiricilər üzərində səssiz hərəkət edir və öncədən təyin olunmuş durma nöqtəsində dayanırlar. Xüsusi planka və aşağı hissədə yerləşən istiqamətləndirici elementlər sayəsində hər bir lay müəyyən durma mövqeyinə malikdir.