MÜŞTƏRİ XİDMƏTLƏRİ
0502075577
Kəpənək Sistemləri
Şüşə panellərin ana xətt üzərində profilə doğru istiqamətdə hərəkət etməsi şüşə panellərin qatlanmasına imkan verir ki, bu da daxili məkanın sahəsinə qənaət edir. Şüşə panellərdə yerləşən təkərlər sistemin 360 dərəcə dönməsinə imkan yaradır. Beləliklə o, daxili məkanın sahəsinə qənaət etməklə yanaşı konstruksiyanın əlavə möhkəmliyini və etibarlı şəkildə bərkidilməsini təmin edir. Bu sistemdə ilk şüşə panel qapı kimi quraşdırıla və bütün digər şüşə panellər etibarlı kilidlər ilə təchiz oluna bilir. Hər bir şüşə panelin yuxarısında öz-özünə tənzimlənən təkərli sistem mövcuddur ki, bu da bütün konstruksiyaların rahat manevr etmələrini təmin edir. Sistemi terras, vitrin və qış bağçaları üçün nəzərdə tutulmuşdur. Bu sistemlərin quraşdırılması zamanı ölçüsü 10 mm təşkil edən temperli şüşə paneldən istifadə olunur.

Quraşdırılma zamanı aşağıdakı panel ölçülərindən istifadə oluna bilər:
  • Maksimal eni - 600 mm
  • Maksimal hündürlük - 3000 mm
Profillər bir neçə rəng qammasında boyana bilər: təbii rəngli anodlu aluminium (eloksal) ilə yanaşı RAL şkalasına əsasən elektrostatik boya vasitəsilə istənilən rəngə boyana bilər. İstəyə uyğun olaraq profillər sublimasiya metodu ilə “ağac” rəngində boyana bilər. Panellər bərkidilmiş istiqamətləndiricilər üzərində səssiz hərəkət edir və öncədən təyin olunmuş durma nöqtəsində dayanırlar. Xüsusi planka və aşağı hissədə yerləşən istiqamətləndirici elementlər sayəsində hər bir lay müəyyən durma mövqeyinə malikdir.