MÜŞTƏRİ XİDMƏTLƏRİ
0502075577
Sürmə Qapılar
Sürmə şüşə qapılar – qapı layı kənara sürüşdürülməklə rahat açılıb-bağlanan qapı sistemləridir. Bu qapı sistemləri sahəsi kiçik olan məkanlar üçün ideal həll yoludur. Xüsusi diyircəklər üzərində hərəkər edən şüşə qapılar istənilən məkanın dizaynına uyğun xüsusi gözəllik və praktiklik bəxş edir.

Sistem xüsusi çarxlı mexanizmlər vasitəsilə divara bərkidilmiş istiqamətləndirici rels boyu hərəkət edir. Çarxların unikal konstruksiyası qapıların açılıb-bağlanmasını asanlaşdırır və səssiz qaydada hərəkət etməsini təmin edir. İstiqamətləndirici aliminium profildən hazırlanır ki, bu da öz növbəsində montaj zamanı döşəmə üzərində əlavə fiksajlı detalların quraşdırılmasını tələb edir. Sürmə şüşə qapıların istehsalı üçün qalınlığı 10 mm təşkil edən temperli şüşədən istifadə olunur.