MÜŞTƏRİ XİDMƏTLƏRİ
0502075577
Açılan Perqola
Komfortun və nəcibliyin simvolu olan perqola sistemləri ilə məkanlarınızda hər mövsümün ləzzətini maksimum dərəcədə yaşaya bilərsiniz. Açılıb-bağlanan sistemlərin yanları pərdə və ya şüşə ilə bağlanaraq qış bağçası kimi də istifadə oluna bilər. Üst hissədə olan parça örtük və işıq sistemlərinin hər ikisi pult ilə idarə oluna bilər. Sistemin üst hissəsində istifadə olunan parça ultrabənövşəyi şüanı filtrasiya etmə və qaraltma təsirinə malik üç qatlı “blackout PVC”– dən hazırlanır. İstifadə olunan işıq sistemi isə led işıqlandırmadır. Bu işıqlandırma sistemi həm uzunömürlü həm də digərlərinə nisbətən daha çox qənaətcildir.

İstər fərdi evlərə istərsə də kafe və restoranlara gözəl görünüş verən perqola sistemləri ikitərəfli olmaqla müştərinin istəyinə əsasən həm düz, həm ellips, həm də asqılı sistem şəklində dizayn edilə bilər. Bu mükəmməl sistem məkanın və landşaftın rəng ahənginə uyğun rənglənə bilər. Sistem alüminium konstruksiyaya malik olduğuna görə uzun illər keyfiyyətini itirmir. Sistemin korroziyaya uğraması riski sıfıra bərabərdir. İstifadə ediləcək alüminium istehsal prosesində istənilən rəngdə elektrostatik toz boya ilə rənglənə bilər. Sistemin daxilinə yerləşən xüsusi su kanali sistemi vasitəsilə yağış və qar suları xaricə axıdılır.

Üst hissədə olan parça örtük və işıq sistemlərinin hər ikisi pult ilə idarə oluna bilər. Sistemin üst hissəsində istifadə olunan parça ultrabənövşəyi şüanı filtrasiya etmə və qaraltma təsirinə malik üç qatlı “blackout PVC”– dən hazırlanır. İstifadə olunan işıq sistemi isə led işıqlandırmadır. Bu işıqlandırma sistemi həm uzunömürlü həm də digərlərinə nisbətən daha çox qənaətcildir.