MÜŞTƏRİ XİDMƏTLƏRİ
0502075577
Kəndarlı Sürmə Sistemləri
ALSA Group şirkəti sahəsi məhdud olan məkanlarda belə istifadəsi rahat olan kəndarlı sürmə sistemləri təklif edir. Sistem, alt hissədə yerləşən diyirçəklər sayəsində asan və səssiz şəkildə hərəkət edir. Sistemdə paslana biləcək hər hansı bir materiallardan istifadə olunmur. Şüşə və profil mexaniki birləşmə üsulu ilə icra olunur ki, bu da şüşədə mümkün  sallanmanın qarşısını alır. Müxtəlif model seçimləri ilə istənilən məkanın sahəsini geniş göstərən sürmə sistemləri, 8 - 10 mm-lik temperli şüşələrdən istifadə olunmaqla balkon, terras, qış bağçaları və iaşə obyektləri üçün praktik seçimdir. Müştəri, profillər üzrə RAL şkalasına uyğun istənilən rəngi seçə bilər.