MÜŞTƏRİ XİDMƏTLƏRİ
0502075577
Mənzillərin təmizlənməsi
Təmizlik Hesablayıcısı
və Onlayn Sifariş
Ad*
Mobil*
Təmizlik xidmətinin növü*
Sahəsi*
M2
Qiyməti: 0 AZN
İstəkləriniz*


Mənzillərin təmizlənməsi böyük vaxt və diqqət tələb edən işdir. Vaxtınızı bu cür yorucu işlərə sərf etməkdənsə, sevdiklərinizə daha çox qayğı göstərin. Evinizin səliqə səhmanını isə ALSA Group şirkətinin təmizlik üzrə komandasını ixtiyarına buraxın. Siz dincəlirsiniz, eviniz isə yeni görkəm alır, təravətlənir. Mütəxəssislərimiz evin hər zaman təmiz vəziyyətdə qalması üçün həftədə bir dəfə təmizlənməsini məsləhət görür. 
Şirkətimiz tərəfindən həyata keçirilən mənzillərin təmizlənməsi özündə aşağıdakı xidmətləri birləşdirir.

Otaqlarda və dəhlizdə təmizlik

- Güzgülərin silinməsi;
- Döşəmə və plintusların nəmli təmizlənməsi;
- Mebellərin üz hissələrinin, məişət əşyalarının, interyer aksesuarlarının və çil-çıraqların silinməsi;
- Əşyaların səliqəli düzülməsi;
- Xüsusi avadanlıqla quru təmizləmənin həyata keçirilməsi;
- Yer döşəmələrinin xüsusi tozsoran ilə təmizlənməsi;
- Tullantıların atılması;
 
Müştərilərin xüsusi tələblərini nəzərə alaraq ALSA Group şirkətinin Təmizlik departamenti otaqlar və dəhlizlərdə müxtəlif materiallı mebellərin üst hissələrinin tozunun silinməsi, qapıların yuyulması, divarda olan aksesuarların tozunun silinməsi, divar xalçalarının çox funksional tozsoranla təmizlənməsi və mebellərin nəmli yuyulmasını da həyata keçirir.

Mətbəx üzrə təmizlik özündə aşağıdakı işləri birləşdirir

- Bütün səthlərdən toz və ləkələrin təmizlənməsi;
- Qabların yuyulması (bir çanaq həcmində);
- Yer döşəməsinin və plintusların nəmli təmizlənməsi;
- Sobanın üst hissəsinin təmizlənməsi;
- Bütün məişət əşyalarının silinməsi;
- Aspiratorun təmizlənməsi;
- Fartukların təmizlənməsi;

Sanitar qovşaqları və vanna otaqları təhlükəli mikro orqanizmlərin yayılmasına daha çox rast gəlinən yerlərdəndir. Məhz buna görə də həmin yerlərdə aşağıdakı təmizlik xidmətləri həyata keçirilir:

- Sanuzel, duş kabin, çanaq (раквина) xüsusi kimyəvi maddələrlə yuyulması və dezinfeksiya olunması;
- Üst səthlərin nəmli silinməsi və metal tərkibli santexnikaların silinməsi;
- Ərp bağlamış və paslanmış yerlərin təmizlənməsi;
- Kafellərin, şkaf rəflərinin və tualet aksesuarlarının təmizlənməsi.

ALSA Group şirkətinin Təmizlik departamentinin gördüyü işlərdən sonra Siz evinizi yenidən sevəcəksiniz.
 
100 m2 qədər 101 - 150 m2 151 - 200 m2 201 - 300 m2 301 - 500 m2 501 - 800 m2
2.10 AZN 1.90 AZN 1.70 AZN 1.50 AZN 1.30 AZN 1.10 AZN