MÜŞTƏRİ XİDMƏTLƏRİ
0502075577
Yumşaq mebellərin kimyəvi təmizlənməsi
Təmizlik Hesablayıcısı
və Onlayn Sifariş
Ad*
Mobil*
Təmizlik xidmətinin növü*
Sahəsi*
M2
Qiyməti: 0 AZN
İstəkləriniz*

Yumşaq mebel hər evin vacib elementidir. Ancaq rahatlığımızı təmin edən bu mebellərin bir mənfi cəhəti var ki, o da onların çirklənməyə meylli olmalarıdır. Öz gücünüz hesabına mebelin təmizlənməsi onun sıradan çıxması ilə nəticələnə bilər. Xoşagəlməz nəticə ilə üzləşməmək üçün bu incə işi müasir təmizləmə avadanlıqları və kimyəvi təmizlik ləvazimatları olan mütəxəssislərə etibar edin. Şirkətimizin kimyəvi təmizlik üzrə mütəxəssisləri çox illik təcrübələri sayəsində istənilən yumuşaq mebelin üzərində olan ləkələri asanlıqla təmizləyərək mebelinizin əvvəlki görkəmini qaytarmaqda Sizə yardımçı olacaqlar.

Kimyəvi təmizləmə prosesi 2 mərhələdən ibarətdir:

1. Mebelin üz hissəsinə ləkələrin, böcəklərin (клещ) və bakteriyaların təmizlənməsi üçün xüsusi kimyəvi maddə əlavə olunması;
2. Müəyyən vaxt keçdikdən sonra həmin kimyəvi maddənin yumşaq mebelin üzərindən təmizlənməsi.

Evdə Kimyəvi təmizləmə

ALSA Group şirkəti öz müştərilərinə “Evdə Kimyəvi Təmizləmə” xidmətini təklif edir. Artıq evinizdəki yumuşaq mebeli təmizlətdirmək üçün harasa aparmağa ehtiyac qalmayacaq.

Xalça və Kavralitlərin təmizlənməsi

Xalça və kavralitlərin təmizlənməsi vaxt aparan və yorucu olsada, diqqət tələb edən işdir. Müasir təmizlik texnologiyamıza və təcrübəli mütəxəssislərimizə arxalanaraq bu işi bizə etibar edin. Mütəxəssislərimiz təmizlənməsi lazım olan yer örtüyünün materialından asılı olaraq müxtəlif növ təmizlik metodlarından istifadə edəcəklər.

Diqqətli olun

Yumuşaq mebellərin, xalça və kavralitlərin təmizlənməsi üçün lazım olan kimyəvi maddələri yalnız bu işdə uzunmüddət təcrübəsi olan insanlar həyata keçirə bilərlər. Belə ki, kimyəvi təmizlik zamanı hər üzlüyün tərkibi nəzərə alınmalıdır.

Yumuşaq mebellərin Kimyəvi təmizlənməsi üçün BUXAR GENERATORU

Buxar generatoru – müxtəlif təmizləmə proqramları ilə təchiz olunmuş universal aparatdır. Buxar aparatı vasitəsilə pərdələrin, döşəmənin, xalçaların və yumuşaq mebellərin təmizlənməsi mümkündür. Bundan əlavə buxar genetoru kafel üzərinə hopmuş istənilən ləkəni təmizləmək gücününə də malikdir. Aparat qısamüddətdə istənilən növ (kofe, çirk, mürəkkəb və s.) ləkələri təmizləyir. Təmizləmədən sonra səth üzəri qısa zamanda quruyur. Aparat 120 dərəcəlik isti buxarın təsiri altında səthi təmizləməklə yanaşı, həm də dezinfeksiya edir.

 
Təhvil - Təslim yolu
ilə təmizlənmə
0 - 100 m2 101 - 200 m2 201 - 500 m2 500 m2-dən yuxarı
3 AZN 2.50 AZN 2 AZN 1.50 AZN

Yumşaq Mebellərin Kimyəvi Təmizlənməsi
 
Divan (3 nəfərlik) 60 AZN
Divan (2 nəfərlik) 50 AZN
Künc divanı 99 AZN
Kreslo 40 AZN
Stul 20 AZN
Pufik 15 AZN

Qeyd. Kimyəvi təmizləmə üçün minimal sifariş məbləği 99 AZN təşkil etməlidir.