MÜŞTƏRİ XİDMƏTLƏRİ
0502075577
Qida müəssisələrinin təmizlənməsi
Təmizlik Hesablayıcısı
və Onlayn Sifariş
Ad*
Mobil*
Təmizlik xidmətinin növü*
Sahəsi*
M2
Qiyməti: 0 AZN
İstəkləriniz*
Qida müəssisələrinin təmizlənməsi kifayət qədər təcrübə, müasir avadanlıqlar və peşəkar komanda tələb edən işdir. Bu istiqamətdə fəaliyyət göstərən müəssisələrdə təmizlik işləri qida müəssisələri üzrə sanitar gigiyena qaydalarına uyğun şəkildə aparılmalıdır. Bu kimi müəssisələrdə gündəlik təmizlik işləri ilə yanaşı ayda ən azı bir dəfə dərindən təmizlənməlidir. Bu işdə olan təcrübəmiz göstərir ki, qida müəssisələrində 6 aydan bir həşəratlara, gəmiricilərə qarşı diaqnostika tədbirləri ilə yanaşı deratizasiya və dezinfeksiya işləri də aparılmalıdır. Soyuq və isti sexlərin təmizlənməsi zamanı keyfiyyətli yuyucu və dezinfeksiya edici maddələrin istifadə olunmasının vacibliyin ondan ibarətdir ki, təmizləmə zamanı istifadə olunan məhsullar istehsal olunacaq məhsullara hər hansı bir zərər vurmasın.

Təmizlik işinin incəlikləri
 
Qida müəssisələri üzrə sanitariya qaydalarına riayət - istehlakçıların sağlamlığını qorunması, keyfiyyətli məhsulların hazırlanması və dolayısı ilə şirkətin biznes rifahının yaxşılaşdırılması deməkdir. Qida müəssisələri üzrə təmizlik işlərinin həyata keçirilməsi üçün ilk növbədə təmizlik üzrə plan tərtib olunur ki, burada müəssisənin bütün tələbləri nəzərə alınır. Bu plana yer döşəməsi və şüşələrin silinməsinməsindən tutumuş bütün yağ və digər ləkələrlə çirklənmiş səthlərin təmizlənməsi daxildir.

Şirkətimizin təklif etdiyi təmizik xidməti qida müəssisələrinin bütün şöbələrini əhatə edir:

- İsti və Soyuq Sexlər;
- İşçi personala üçün yeməkxana;
- Anbar;
- İstehsalat boruları;
- Vanna və sanitar qovşaqları.

 
Şirkətimiz qida müəssisələrinin təmizlənməsi və dezinfeksiyası zamanı əsas diqqəti ərzaqlar saxlanılan yerə yönəldir. Məhz burada döşəmənin silinməsi və tozların təmizlənməsi ilə yanaşı aerozol dezinfeksiyası işləri aparılır. Bu kimi müəssisələrdə divarların patogen mikroorqanizmlərdən və kiflənmədən qoruması üçün müntəzəm olaraq təmizlənməsi vacibdir.

Şirkətimizin diqqət etdiyi digər bir önəmli məsələ isə müəssisələrdə müxtəlif avadanlıqlarda kimyəvi təmizləmə və dezinfeksiya işləridir:

- Ventilyasiya sistemlərinin yağ ləkələrindən təmizlənməsi;
- Konveyrlərin istehsal tullantılarından təmizlənməsi;
- Qaz və ya elektriklə işləyən sobaların təmizlənməsi;
- Doğrama və kəsmə masalarının təmizlənməsi;
- İstehsal tərəzilərinin təmizlənməsi;
- İstehsalat tullantılarının atılması.
 
Müştəri məmnuniyyətinə üstünlük verənlər təmizlikdə ALSA Group şirkətini seçirlər.